Ukraynada erməni təşkilatının sədri güllələnib

Ukraynada erməni təşkilatının sədri güllələnib
  03 Oktyabr 2017    Oxunub:2243
Ukraynanın Zaparojets vilayətində fəaliyyət göstərən "Erməni İttifaqı"nın sədri Artaşes Sarkisyan güllələnib.

AzVision.az "Forpost" nəşrinə istinadən xəbər verir ki, bu barədə onun müavini Rudolf Akopyan bildirib.
Hadisə Zaparojets şəhər parkında, Şevçenko bulvarında baş verib. Artaşes Sarkisyan avtomobildən enərkən ona odlu silahdan atəş açılıb.

"Obozrevatel" saytının məlumatına görə, mühafizəçi onu qoruya bilib və güllə yarası alıb. Təcili Tibbi yardım gələnə qədər mühafizəçini xəstəxanaya yerləşdiriblər.

Alpər Movludoğlu
AzVision.az


Teqlər: Ukrayna   Güllələnmə  





Xəbər lenti