Qızlarını hamıdan gizlədən birinci xanımın sirli həyatı - FOTOLAR

Qızlarını hamıdan gizlədən birinci xanımın sirli həyatı - FOTOLAR
  03 Oktyabr 2017    Oxunub:13266
Şimali Koreya lideri Kim Çen In həm ölkəni idarə etməsi, həm də həyat tərzi ilə daim diqqət mərkəzindədir. Onun şəxsi həyatı ilə bağlı çox az məlumatlar mövcuddur. Kimin evli olması barədə ilk məlumat 2012-ci ildə yayılıb. Həyat yoldaşı Ri Sol Ju haqqında informasiyalar cəmiyyətə sızdırılmır.
Məlumata görə, Kim və Ri 2009-cu ildə evlənib. Şimali Koreya liderinin xanımı ilk dəfə Pxenyan Əyləncə Parkının açılışında görüntülənib. Ancaq onun kimliyi hələ də sirr olaraq qalır.

Cənubi Koreya mənbələri bildirir ki, Ri Sol Ju musiqi təhsili alıb. Birinci xanımla bağlı digər maraqlı məlumat onun lüks həyat tərzi yaşamasıdır. Ailənin övlada sahib olub-olmadığı sirr olaraq qalır. Bəzi mənbələrə görə, Kim və Rinin iki qızı var. Lakin Ri bir müddətdir ki, həyat yoldaşı ilə tədbrlərə qatılmır. Bu isə onun üçüncü övladının olacağı haqda iddiaları gücləndirib.












Kənan Məmmədov
AzVision.az


Teqlər: Şimali-Koreya  





Xəbər lenti