“Moskva-Bakı Geosiyasi Məhvəri digər dövlətlərə nümunə ola bilər” – Sergey Baburin

“Moskva-Bakı Geosiyasi Məhvəri digər dövlətlərə nümunə ola bilər” – Sergey Baburin
  03 Oktyabr 2017    Oxunub:4344
Beynəlxalq Slavyan Akademiyasının Prezidenti, Rusiya Dövlət Dumasının sabiq vitse-spikeri Sergey Baburin AzVision.az -a açıqlamasında bidirib ki, ötən ay irəli sürülən “Moskva-Bakı Geosioyasi Məhvəri” digər qonşu dövlətlər üçün də nümunə ola bilər.
- Ötən ay Moskvada keçirilən «Bakı-Moskva oxu - Qafqazın yeni geosiyasəti» mövzusunda keçirilən konfrans çox böyük əhəmiyyət kəsb edir.- Baburin deyib,- Çünki bu gün Rusiya ilə Azərbaycana qarşı elə kənar təhdidlər mövcuddur ki, buna qarşı yalnız sıx əməkdlaşlıq etməklə effektiv cavab vermək mümkündür. Məsələn, beynəlxalq terrorizm, islam fundamentalizmi, azərbaycanlıların, dağıstanlıların, hətta çeçenlərin, inquşların, tatarların, hələ digərləri haqda demirəm, milli identiktliyini silməyə çalışan vəhabilər bir növ vahid islam dövəti yaratmaq istəyirdilər. Məsələn, İŞİD kimi. Bu mənada, hesab edirəm ki, bizim sələflərimiz təsadüfən bir-birinə yardım edə-edə birgə yaşamağa başlamayıblar. Rusiya federasiyasının əksər xalqları pravoslavdır. Amma müsəlmanlar da var. Azərbaycanda da yalnız müsəlmanlar deyil, xristianlar, digər dinlərin nümayəndələri də sülh şəraitində yaşayır. Bizi Tanrının mühakiməsi qarşısında vicdanla, haqq-ədalətlə yaşamaq naminə vahid cəhd birləşdirir.
Ona görə, biz bu gün mümkün ola biləcək Moskva - Bakı məhvərindən, digər əməkdaşlıq formalarından danışanda söhbət ilk növbədə bir-birini daha yaxşı anlamaq, bu anlaşma əsasında mehriban qonşuluq münasibətləri qurmaqdan gedir. Bu mehriban qonşuluq həm də bizimlə digər qonşu dövlətlərin belə münasibətlərin əsası olacaq. İran, Türkiyə, Ermənistan, Türkmənistan və digər dövlətlər də belə bir məhvər yarada bilərlər. Rusiya hər zaman təhlükəsizliyin, xüsusilə də Cənubi Qafqazda sabitliyin, sülhün tərəfdarıdır. Və Moskva həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan isə hər zaman Rusiyaya dəstək verib. Çünki bizim yollarımız yaxındır.

Ətayə Ələmdarqızı
AzVision.az üçün


Teqlər:





Xəbər lenti