Poroşenko ilə erməni əsilli nazir arasında qalmaqal

Poroşenko ilə erməni əsilli nazir arasında qalmaqal
  03 Oktyabr 2017    Oxunub:2699
Ukraynanın daxili işlər naziri Arsen Avakovun köməkçisi, deputat Anton Qeraşenko “ICTV” kanalının efirində öz rəisi və prezident Pyotr Poroşenko arasında münaqişə barədə danışıb. Onun sözlərinə görə, münaqişə Poroşenkonun prezident seçildiyi ilk gündən başlanılıb.
AzVision.az-ın məlumatına görə, Qereşenko vurğulayıb ki, tərəflər arasında münaqişənin səbəbi Ukraynada təhlükəsizliyin təmin olunması və kriminal araşdırmalara müxtəlif cür yanaşma olub.

Qeraşenko bəyan edib ki, Poroşenko hüquq-mühafizə orqanlarını öz nəzarəti altına götürmək istəyib: ““Xalq cəbhəsi, şəxsən mən və Arsen Avakov onun çox pis prezident olduğunu düşünürük. Çünki sabiq prezident Viktor Yanukoviç də tam olaraq güc strukturlarına nəzarət edirdi. Siz bunun nəyə səbəb olduğunu bildiniz”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ukrayna  





Xəbər lenti