Putin Myanmadakı etnik münaqişədən narahatdır

Putin Myanmadakı etnik münaqişədən narahatdır
  03 Oktyabr 2017    Oxunub:1589
Rusiya prezidenti Moldovanın Avrasiya İttifaqına maraq göstərməsini də alqışlayır.
AzVision.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin bir sıra ölkələrin yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edərkən söyləyib. Onun sözlərinə görə, rəsmi moskva Moldova ilə bundan sonra da praqmatik və qarşılıqlı surətdə əməkdaşlıq etməyə hazırdır.

Regional münaqişələrin həllinə toxunan Putin Ukrayna böhranı barədə də danışıb. O, Rusiyanın BMT Təhlükəsizlik Şurasında irəli sürdüyü Donbasda sülhməramlı missiyasının yerləşdirilməsi təşəbbüsü ilə bağlı işgüzar və konstruktiv müzakirələrə ümid etdiyini söyləyib.

Putin, həmçinin ölkəsinin Myanmadakı etnik münaqişədən narahat olduğunu, tərəfləri təmkinli olmağa və münaqişəni siyasi yolla nizamlamağa çağırıb.

Rusiya Prezidenti son günlər İspaniyada baş verən hadisələrdən danışaraq ümidvar olduğunu bildirib ki, Kataloniya böhranını aradan qaldırmaq mümkün olacaq.

AzVision.az


Teqlər: Rusiya   Dağıstan  





Xəbər lenti