Qadın müdafiə naziri və general istefa verib

Qadın müdafiə naziri və general istefa verib
  04 Oktyabr 2017    Oxunub:1944
Hollandiyanın müdafiə naziri Yanine Hennis-Plassart istefa verib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, xanım müdafiə naziri Malidə iki holland əsgərin ölümündə özünü təqsirli bildiyindən bu addımı atıb.

O, həmçinin Hollandiya Silahlı Qüvvələrinin generalı Tom Middendorpun da istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, ötən il Malidə keçirilən təlim zamanı nasaz topların partlaması nəticəsində BMT sülhməramlılarında təmsil olunan iki holland əsgəri ölüb, biri isə yaralanıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Hollandiya   Müdafiə-naziri   İstefa  





Xəbər lenti