“Azərbaycan Avropa İttifaqına üzv olmaq istəmir” - Latviyanın xarici işlər naziri

“Azərbaycan Avropa İttifaqına üzv olmaq istəmir” -  Latviyanın xarici işlər naziri
  04 Oktyabr 2017    Oxunub:8688
Azərbaycan Avropa İttifaqına (Aİ) üzv olmaq istəmir və biz bu qərara hörmətlə yanaşırıq.
AzVision.az xəbər verir ki, bunu Latviya XİN rəhbəri Edqars Rinkeviçs “European Western Balkans” nəşrinə müsahibəsində “Şərq Tərəfdaşlığı” proqramı ölkələrinin avrointeqrasiyası barədə danışarkən bildirib.

“Məsələn, üç ölkə - Ukrayna, Moldova və Gürcüstan var ki, Aİ-nin üzvü olmaq istəyir. Lakin digər ölkələr – Belarus, Ermənistan və Azərbaycan Aİ-nin üzvü olmaq istəmirlər. Biz bu qərarlara hörmət edirik. Biz, həmçinin inanırıq ki, hamı xalqların və hökumətlərin qərarlarına hörmət etməlidir. Bu halda Serbiya yalnız Aİ-yə üzv olmaq, NATO-ya üzv olmamaq məsələsində sərbəstdir”, - deyə Rinkeviçs vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Latviya  





Xəbər lenti