Türkiyənin 4 hərbçisi şəhid olub

Türkiyənin 4 hərbçisi şəhid olub
  04 Oktyabr 2017    Oxunub:1843
Türkiyənin Hakkari əyalətinin Yüksəkova rayonunda terrorçular hərbçilərə hücum edib.
AzVision.az “Haberturk”-ə istinadən xəbər verir ki, terrorçu PKK qruplaşmasının üzvləri hərbçilərin olduğu avtomobilə əl qumbarası atıblar. Partlayış nəticəsində 4 hərbçi şəhid olub, 4-ü yaralanıb.

Yaralılar dərhal Yüksekova dövlət xəstəxanasına aparılıblar. Hazırda ərazidə terrorçuların tutulması istiqamətində əməliyyat keçirilir.

AzVision.az



Teqlər: Türkiyə   PKK  





Xəbər lenti