İran Parlamentinin üzvləri Bakıya gəlir
Bunu İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Hüseyn Nəqəvi Hüseyni bazar günü deyib.
Bu barədə İSNA agentliyi məlumat verir. Hüseyninin sözlərinə görə, Parlamentin nümayəndələri Azərbaycanda həmkarları ilə görüşəcək və iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi məsələsini müzakirə edəcəklər.
O, deyib ki, iranlı nümayəndələr Parlamentin spikeri Əli Laricaninin xüsusi mesajını Azərbaycan Parlamentinin spikeri Oktay Əsədova çatdıracaqlar.
Hüseyni həmçinin, qeyd edib ki, İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri sentyabrın 25-də Azərbaycandan Gürcüstana səfər edəcəklər.
Onların Gürcüstanda da bir sıra görüşlər keçirməsi nəzərdə tutulub.(trend)