Gürcüstan Ermənistanın yeni səfirini ölkəyə buraxmadı

Gürcüstan Ermənistanın yeni səfirini ölkəyə buraxmadı
  04 Oktyabr 2017    Oxunub:3642
Rəsmi Tbilisi Qafqaz institutunun sədr müavini Sergey Minasyanı səfir kimi qəbul etməkdən imtina edib.

AzVision.az xəbər verir ki, bu barədə “Jamanak” nəşri məlumat yayıb.
Hakim Respublika partiyasının deputatı Şirak Torosyan məlumatı təsdiqləyib.

Qeyd edək ki, daha əvvəl KİV rəsmi Tbilisinin Sergey Minasyanı arzuolunmaz şəxs elan etdiyini yazmışdı. Gürcüstan rəhbərliyi hesab edir ki, politoloq Rusiyanın maraqlarını müdafiə edə bilər, bu səbəbən onun səfir təyinatı yolverilməzdir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Gürcüstan   Ermənistan  





Xəbər lenti