Ermənistanda əsgər hərbçi yoldaşını güllələyib
Sentyabrın 28-də baş verən daha bir qanlı insident nəticəsində ermənistanlı hərbi qulluqçu yaralanıb. Xocavənd rayonu ərazisində yerləşən işğalçı ordunun postlarından birində şəxsi heyət arasında baş verən dava zamanı post başçısı əslən Ermənistanın Dilican rayonundan olan, 1998-ci il təvəllüdlü Seyran Sarkisyan, əslən Qarabağ ermənisi olan xidmət yoldaşı tərəfindən açılan atəşlə başından yaralanıb.
S.Sarkisyan hospitala aparılarkən yolda keçinib, faktla baglı araşdırma aparmaq üçün qondarma ordunun vəzifəli şəxsləri əraziyə gəliblər. Ermənistan müdafiə nazirliyi tərəfindən insidentin əsl səbəbi gizlədilərək, hadisənin guya “qarşı tərəfin atəşi nəticəsində baş verdiyi” bildirilir.
AzVision.az
Teqlər: Ermənistan