İrəvanda parlamentin qarşısında etiraz aksiyası keçirilib

İrəvanda parlamentin qarşısında etiraz aksiyası keçirilib
  04 Oktyabr 2017    Oxunub:1740
Ermənistan parlamentinin önündə "Nairit" zavodunun keçmiş işçiləri etiraz aksiyası keçirib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar deputatlardan "Nairit" zavodunun yenidən açılmasını tələb ediblər.

Aksiya iştirakçıları daha sonra prezident iqamətgahına doğru hərəkət ediblər. Yürüş başa çatandan sonra etirazçılar Tsarukyan və "Yelk" ittifaqından olan müxalif deputatlarla görüşəcəklər.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: İrəvan   Ermənistan   Aksiya  





Xəbər lenti