Mikayıl Cabbarovdan yeni bir addım

Mikayıl Cabbarovdan yeni bir addım
  15 Sentyabr 2013    Oxunub:905
Peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Təhsil Nazirliyi Müasir Azərbaycan Peşəkarları Layihəsinin icrasına başlayıb.
Təhsil naziri Mikayıl Cabbarovun sözlərinə görə, layihə çərçivəsində müasir tipli pilot peşə təhsili komplekslərinin yaradılması nəzərdə tutulub.

Bu il ilk peşə-ixtisas təhsili müəssisələrinin inkişaf prioritetlərinə uyğun olaraq 5 pilot layihə reallaşdırılacaq, ölkəmizin peşə təhsili sistemində ilk dəfə məzunlara beynəlxalq ixtisas dərəcəsi veriləcək.

"Növbəti tədris ilindən etibarən ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllimlərin attestasiyasının başlanması planlaşdırılır. Bundan əlavə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq ehtiyac duyulan bir sıra yeni ixtisasların açılmasını da nəzərəd tutulur".

M.Cabbarov bildirib ki, ilk peşə-ixtisas təhsili müəssisələri rəqabətə hazır olmalı və mövcud qanunvericilik çərçivəsində maddi-texniki bazalarının gücləndirilməsi işinə əlavə təkan verməlidirlər. Bu baxımdan kommersiya fəaliyyəti ilə məşğul olmaqla əlavə qazanc əldə etmək daha səmərəli üsullardandır.(ans)


Teqlər:





Xəbər lenti