Ermənilərin hərbi maşını qəzaya düşdü - Yaralılar var
AzVision.az xəbər verr ki, qısa müddət ərzində işğalçı ordunun hərbi hissələrində baş verən hadisələr bunu bir daha sübut edir.
Başqa bir hadisənin döyüş mövqeyində, guya tonqala atılan patronun partlaması zamanı baş verdiyi bildirilir. Hadisə zamanı sol dizindən və əlindən xəsarət alan əsgər Tiqran Sarkisyan tibb məntəqəsinə yerləşdirilib.
Daha bir hadisə hərbi texnikaya quluq zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib. Hadisə zamanı müqaviləli hərbi qulluqçu Burgen Mnasakanyanın ayağı bud nahiyəsindən qırılıb. Onun da təcili olaraq hospitala təxliyə edildiyi bildirilir.
Son hadisə isə oktyabrın 3-də səhər saatlarında artilleriya alayına məxsus "ZİL" markalı avtomobilin aşması nəticəsində baş verib. Yanacaq-sürtgü materialları anbarında növbəni dəyişən şəxsi heyəti daşıyan avtomobilin sürücüsünün idarəetməni itirməsi səbəbindən qəza baş verib və nəticədə ən azı 3 erməni hərbçisi müxtəlif dərəcəli ciddi bədən xəsarətləri alıblar.
Qəza törədən köhnə Zil markalı yük maşınının yola çıxarkən nasaz vəziyyətdə olduğu məlum olub.
AzVision.az
Teqlər: Ermənistan