Putin prezidentliyə namizədliyi haqda: “Hələ qərar verməmişəm”

Putin prezidentliyə namizədliyi haqda: “Hələ qərar verməmişəm”
  04 Oktyabr 2017    Oxunub:1596
Rusiya prezidenti Vladimir Putin hesab edir ki, dekabra qədər Rusiya prezidentliyi postuna əsas namizədlər öz proqramlarını açıqlayacaqlar.

AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Xeyr, mən hələ ki namizədliyimi verib-verməyəcəyimə dair qərar verməmişəm”, - deyə Putin Rusiya Energetika həftəsinin plenar iclasında çıxışı zamanı bildirib.

Putin vurğulayıb ki, qanunvericiliyə əsasən noyabrın sonu, dekabrın əvvəlinə qədər prezidentliyə namizədlərin seçki kampaniyası başlamalıdır: “Hesab edirəm ki, bu vaxta qədər əsas namizədlər bu barədə elan edəcək və seçkiqabağı proqramlarını açıqlayacaqlar”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Prezident  





Xəbər lenti