XİN rəhbərləri Soçidə Qarabağı müzakirə edə bilər

XİN rəhbərləri Soçidə Qarabağı müzakirə edə bilər
  04 Oktyabr 2017    Oxunub:1573
Rusiyanın Soçi şəhərində keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə oluna bilər.AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.
“Bu istisna deyil. Lakin bunu dəqiqləşdirmək lazımdır”- deyə, Zaxarova əlavə edib.

Qeyd edək ki, MDB ölkələri xarici işlər nazirlərinin görüşü oktyabrın 10-da keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Dağlıq-Qarabağ   Soçi  





Xəbər lenti