Türkiyə idxalı dayandırsa, neft bahalaşacaq - Putin

Türkiyə idxalı dayandırsa, neft bahalaşacaq - Putin
  04 Oktyabr 2017    Oxunub:2339
"Əgər Türkiyə İraq Kürdüstan Regional Rəhbərliyindən (İKRR) neft idxalını dayandırsa, neftin qiyməti bahalaşacaq"
AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Enerji Həftəsində çıxışı zamanı deyib.

“Lakin bunda kimsə maraqlı deyil. Buna görə real həyatda baş verənləri nəzərdən keçirmək lazımdır”-deyə Putin əlavə edib.

Qeyd edək ki, dünya neft ehtiyatlarının təxminən 3 faizi İraq Kürdüstan Regional Rəhbərliyinin ərazisində cəmləşib. Hazırda bu bölgədən gündəlik 600 min barrel neft hasil edilir. İKRR-nin təsdiq olunmuş neft ehtiyatları isə 50 milyard barrelə çatır.

AzVision.az


Teqlər: Putin   İraq  





Xəbər lenti