Vyana sazişinin müddəti uzadıla bilər

Vyana sazişinin müddəti uzadıla bilər
  04 Oktyabr 2017    Oxunub:1206
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişinin müddəti 2018-ci ilin sonunadək uzadıla bilər.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Enerji Həftəsində Rusiya Prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, OPEC+ sazişinin müddəti gələn ilin birinci rübündən sonrakı dövrə, hətta 2018-ci ilin sonunadək uzadıla bilər: “Qərar 2018-ci ilin mart ayındakı vəziyyətə görə veriləcək. Lakin sazişin müddətinin uzadılacağını istisna etmirəm. Əgər bu məsələ gündəmə gəlsə o zaman sazişin müddəti ən azından 2018-ci ilin sonuna qədər uzadılmalıdır”.

AzVision.az


Teqlər: OPEC  





Xəbər lenti