Tərtərdə baş verən qəzada ölən var

Tərtərdə baş verən qəzada ölən var
  15 Sentyabr 2013    Oxunub:785
Tərtərdə baş verən yol qəzası bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnib.
Hadisə Tərtərin Sarıcalı kəndi ərazisində baş verib. “Mercedes” markalı minik maşını “Shacman” markalı yük maşını ilə toqquşub.

“Mercedes”in sürücüsü Hikmət Cəfərov hadisə yerində keçinib. Onun sərnişinləri Büllurə Mehdiyeva, Nazlı Mehdiyeva və Fərhad Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.(apa)


Teqlər:  





Xəbər lenti