“Qarabağ münaqişəsi çox mürəkkəbdir” - Amerikalı həmsədr

“Qarabağ münaqişəsi çox mürəkkəbdir” - Amerikalı həmsədr
  05 Oktyabr 2017    Oxunub:2356
“Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə tanışam və bu münaqişə çox mürəkkəbdir”.

AzVision.az “armenpress.am” saytına istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı yeni həmsədfri Endryu Şofer Dağlıq Qarabağa səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
Həmsədr münaqişənin sülh yolu ilə həllini tapmaq məqsədi ilə digər həmsədrlərlə birlikdə regiona mütəmadi olaraq səfərlər edəcəyini bildirib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı yeni həmsədri Endryu Şofer işğal altında olan Dağlıq Qarabağa səfər edib. Şofer separatçı rejimin başçısı Bako Saakyanla görüşüb. Görüşdə münaqişənin həlli, təmas xəttində vəziyyət və digər məsələlər müzakirə edilib. Endryu Şofer münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həllinin vacibliyini vurğulayıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: ATƏT   Qarabağ  





Xəbər lenti