Terrorçulara qoşulan 8 min MDB vətəndaşı axtarışa verilib

Terrorçulara qoşulan 8 min MDB vətəndaşı axtarışa verilib
  05 Oktyabr 2017    Oxunub:1479
İndiyədək Müstəqil Dövlətlər Birliyinin (MDB) Anti-terror Mərkəzlərinin məlumat bazasına terror və ekstremist xarakterli cinayətlərə görə barəsində axtarış elan edilmiş 8.000-dən çox şəxs haqqında məlumat daxil edilib.
AzVision.az xəbər verir ki, bunu MDB dövlətlərin Antiterror Mərkəzinin rəhbəri, polis general-polkovniki Andrey Novikov “Ria Novosti”-yə müsahibəsində deyib. O, qeyd edib ki, axtarışda olan şəxslərin 2.000-dən çox təsvirinin saxlandığı fototeka yaradılıb

Genral bildirib ki, axtarışda olan vətəndaşların siyahısı milli cinayət məcəllələrinin terror xarakterli cinayətlərə görə məsuliyyət nəzərdə tutulan maddələrinin razılaşdırılmış siyahısı əsasında, habelə qanunsuz silahlı dəstələrin və üçüncü ölkələrin ərazisində beynəlxalq terror təşkilatlarının tərkibində döyüş əməliyyatlarında iştirak etməyə görə məsuliyyət nəzərdə tutulan maddələrin ayrıca siyahısı əsasında formalaşır.

O, qeyd edib ki, ən narahatedici məqam beynəlxalq terror təşkilatlarının emissarları tərəfindən Birlik ölkələri vətəndaşlarının aktiv cəlbetmə fəaliyyətidir.

“Bu gün internet məkanından MDB dövlətləri vətəndaşlarının həm terrorçuluqda iştirakına çağırış, həm də etiraz fəaliyyətinə cəlb edilməsi üçün istifadə olunur və onların radikallaşması və müxtəlif xarakterli tapşırıqların yerinə yetirilməsi işində istifadə edilir”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: MDB   Terror  





Xəbər lenti