ABŞ konqresmenləri Qarabağa qanunsuz səfərdən imtina ediblər
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, konqresmenlərdən ikisi Spir və Eşunun erməni mənşəli olduğu bildirilib.
Məlum olub ki, konqresmenlərin Ermənistana səfəri o qədər də rahat keçməyib. Onlardan yalnız ikisi - F. Palon və Z. Qebrrd Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.
Nümayəndə heyətinin digər üzvləri isə Qarabağa qanunsuz səfərdən imtina ediblər. Qarabağa getmək istəməyənlər arasında erməni mənşəli konqresmenlər də var.
Alpər Mövludoğlu
AzVision.az