Ermənistan Müdafiə Nazirliyi məhkəməyə verildi

Ermənistan Müdafiə Nazirliyi məhkəməyə verildi
  05 Oktyabr 2017    Oxunub:3592
Ermənistanın Müdafiə Nazirliyi “Saturn-Akia” şirkəti tərəfindən məhkəməyə verilib.
AzVision.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb. Qeyd olunub ki, buna səbəb nazirliyin şirkətə olan borcudur. Belə ki, aprel döyüşlərindən sonra Müdafiə nazirliyi “Saturn-Akia” şirkətindən 3 milyon dram məbləğində cihaz alıb.

Nazirlik şirkətə olan borcunu ödəməkdən boyun qaçırır. Bununla bağlı “Saturn-Akia” şirkəti 28 sentyabr tarixində məhkəməyə müraciət edib.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi "dörd günlük" müharibədən sonra şirkətlərdən ümumilikdə 50 milyon 706 min dram məbləğində 18 ədəd partlayış gücünü qüvvətləndirən cihaz alıb. Lakin aldığı cihazların pulunu hələ də qaytarmayıb.

Bəhlul Rzayev
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti