Terrorçuları maliyyələşdirən 73 nəfər aşkar edilib

Terrorçuları maliyyələşdirən 73 nəfər aşkar edilib
  05 Oktyabr 2017    Oxunub:3475
“Bu il MDB dövlətlərinin maliyyə-kəşfiyyat bölmələri ilə birgə həyata keçirilmiş əməliyyat nəticəsində terrorçuluğun maliyyələşdirilməsində iştirak edən 73 şəxs aşkarlanıb”.
AzVision.az xəbər verir ki, bunu MDB dövlətlərin Antiterror Mərkəzinin rəhbəri, polis general-polkovniki Andrey Novikov “Ria Novosti”-yə müsahibəsində deyib. O, qeyd edib ki, cari ildə terrorizmə görə axtarışda olan, lakin başqa əməllərə görə cəza çəkən 17 nəfər müəyyən edilib:

“Onlar cəzaçəkmə müəssisəində olanda da fəaliyyət göstərir və bir qayda olaraq cəlbetmə funksiyalarını yerinə yetirir, beynəlxalq terror təşkilatlarına yeni üzvlər axınını təmin edirlər. 2016-2017-ci illərdə “Rozısk” əməliyyatı nəticəsində Mərkəzin təqdim etdiyi informasiyanın işlənməsi və təhlili nəticəsində terror xarakterli cinayətlər törədilməsinə görə MDB dövlətləri tərəfindən axtarışda olan 500-dən çox şəxsin ehtimal edilən yeri müəyyən edilib”.

A.Novikov deyib ki, terrorçuların əksəriyyəti münaqişə zonasından gedərkən istifadə etdikləri eyni marşrutlar üzrə əvvəlki ölkələrə qayıdır və ya başqa dövlətlərə (həm MDB, həm də Avropa İttifaqı ölkələrinə) köçüb gedirlər: “Həmin terrorçular Türkiyədən MDB ölkələrinin şəhərlərindəki aeroportlarına uçan aviareyslərdən istifadə edirlər. Araşdırmalar zamanı məlum olub ki, Balkan marşrutuna tələbat üstünlük təşkil edir. Tranzit ölkələr kimi isə Macarıstan, Polşa, Rumıniya və İsveçrədən istifadə edilir”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: MDB   Terror  





Xəbər lenti