Əliyev və Putin Astanada görüşə bilər

Əliyev və Putin Astanada görüşə bilər
  06 Oktyabr 2017    Oxunub:2366
Rəsmi Moskva Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyaya hazırlıq prosesinin tezliklə finiş xəttinə çatacağına ümid edir.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı Kayrat Abdraxmanovla ilə Astanada keçirdiyi danışıqların yekununda deyib.

“Qazaxıstan Xəzərin hüquqi statusu ilə bağlı növbəti, artıq 5-ci sammitə ev sahibliyi etməyə hazırlaşır. Biz ümid edirik ki, 5 ölkə başçısının razılaşdığı kimi, sammit gələn il baş tutacaq”, - Lavrov vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İlham-Əliev   Vladimir-Putin   Xəzər  





Xəbər lenti