Həmsədrlər prezidentlərin görüşünü müzakirə edib

Həmsədrlər prezidentlərin görüşünü müzakirə edib
  06 Oktyabr 2017    Oxunub:1885
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şoferlə görüşüb.
AzVision.az Ermənistan XİN-nə istinadən xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib.

Görüş zamanı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili məsələsi müzakirə olunub. Həmçinin, tərəflər Dağlıq Qarabağ münaqişə zonasındakı vəziyyətə dair də fikir mübadiləsi aparıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Həmsədrlər   Minsk-qrupu  





Xəbər lenti