Ermənistanın Azərbaycana qarşı ekoloji müharibəsi

Ermənistanın Azərbaycana qarşı ekoloji müharibəsi
  06 Oktyabr 2017    Oxunub:2784
Ermənistanda kimyəvi və radioaktiv istehsalat zamanı yaranan zərərli tullantılar Azərbaycanın işğal altında olan torpaqlarına aparılaraq burada ayrılan xüsusi yerlərdə basdırılır.
Bu barədə AzVision.az armiya.az-a istinadən xəbər verir.

Hələ Sovet dövründə tətbiq edilən üsullarla dağ mədənlərində hasilat zamanı yaranan tullantılar da, Azərbaycanın işğal altında olan ərazilərində, əvvəlcədən bunun üçün hazırlanan yerlərdə basdırılır.

Eyni zamanda, Ermənistanda istehsalat zamanı yaranan tullantılar Qafan və Zəngilan rayonundan keçən Oxçuçaya atılır. Bu çayda son nəticədə Araz çayına tökülür.

Ermənistanda yuxarıda adı çəkilən tullantıların utilizasiyası üzrə proqrama Ermənistan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Arkadiy Karaxanov rəhbərlik edir. A.Karaxonuvun rəhbərliyi ilə Azərbaycanın işğal altında olan ərazilərinə, xüsusilə Kəlbəcər rayonuna ekspedisiyalar təşkil edilir. Erməni geoloqlar burada müvəqqəti düşərgələr salır, ilkin ölçü və qazıntı işləri aparırlar. Belə düşərgələrdən biri Kəlbəcər rayonun yaxınlığında yerləşən İstisu yaşayış məntəqəsində yerləşir.

Ermənilər həmçinin, qazıntı və zərərli kimyəvi maddələrin utilizasiyası üzrə işlərin effektivliyinin artırılması ilə bağlı bu sahə üzrə ixtisaslaşan Yaponiya şirkətləri ilə də danışıqlar aparır.

Tərcümə etdi: Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Azərbaycan  





Xəbər lenti