Qarabağa gedən Türkiyə vətəndaşları həbs oluna bilər

Qarabağa gedən Türkiyə vətəndaşları həbs oluna bilər
  06 Oktyabr 2017    Oxunub:2027
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşı Ufuk Uras həbs ediləcəyindən çəkindiyi üçün Türkiyə sərhədlərini tərk etməkdən qorxduğunu bildirib.
AzVision.az xəbər verir ki, Türkiyədə nəşr edilən “Aqos” qəzetinin verdiyi məlumata görə, Ufuk Uras onların məsələsi bağlı Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi Bakının iradəsinə uyğun hərəkət etdiyini bildirib.

O, qeyd edib ki, Bakıda onlara qarşı aparılan tədbirlər səbəbiylə özü və nümayəndə heyətinin digər üzvləri hazırda digər ölkələrə səfər etməkdən qorxurlar.

Alpər Mövludoğlu
AzVision.az



Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti