Sarkisyan həmsədrlərlə Əliyevlə görüşünü müzakirə etdi

Sarkisyan həmsədrlərlə Əliyevlə görüşünü müzakirə etdi
  06 Oktyabr 2017    Oxunub:2082
Ermənistan prezident Serj Sarkisyan bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
AzVision.az xəbər evrir ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin inkişaf etdirilməsi imkanları, o cümlədən Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili ilə bağlı məsələlər və Qarabağ münaqişəsi zonasında vəziyyətlə bağlı müzakirələr aparılıb.

Görüş iştirakçıları tərəflərin münaqişənin sülh yolu ilə həllinə dair öhdəliklərinə sadiq olduğunu vurğuladılar.

Alpər Mövludoğlu
AzVision.az



Teqlər: Ermənistan   ATƏT  





Xəbər lenti