Ermənistanda gələn il maaş və pensiyalar artmayacaq

Ermənistanda gələn il maaş və pensiyalar artmayacaq
  06 Oktyabr 2017    Oxunub:1492
Ermənistanda gələn ilin dövlət büdcəsində təqaüd, müavinət və ya əmək haqqının artırılması nəzərdə tutulmur.
AzVision.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb. Nəşr qeyd edib ki, bunun əvəzinə, hökumət 2018-ci ildə 4 faiz inflyasiya proqnozlaşdırır. Deməli Ermənistan daha pis yaşayacaq.

İqtisadçı Qaqik Makaryan "Joğovurd" qəzetinə verdiyi müsahibəsində bildirib ki, 4 faiz inflyasiya Avrasiya İqtisadi Birliyi ilə bağlı problemlərlə əlaqələndirilir.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   maaş  





Xəbər lenti