Erməni nazirlər büdcəni talayır - Milyonlara dram yoxa çıxıb

Erməni nazirlər büdcəni talayır - Milyonlara dram yoxa çıxıb
  06 Oktyabr 2017    Oxunub:1899
Ermənistan höküməti yanında Milli Təhlükəsizlik Xidməti sentyabr ayında yarım milyon dramlıq konyak aldıb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Xidmət və "Perno rikar Armenia" şirkətləri arasında təxminən yarım milyon dram dəyərində saziş imzalanıb. Xidmətə, 6 şüşə Nairi konyakı, 20 ədəd "Indir" növlü konyak və 13 ədəd "Axtamar" konyakı verilib.

"Nairi" konyakı üçün 185 min 400 dram, "Indir" konyakı üçün 164 min dram, "Axtamar" konyak üçün isə 149 min dram ödənilib. Müqavilədə satınalmanın tam məqsədi qeyd ediməyib.



Bundan başqa Ermənistan ədliyyə naziri David Harutyunyan 2017-ci ildə yüksək vəzifəli məmurların etika komitəsinə təqdim bəyannaməsindən məlum olub ki, onun qiymətli sikkə və rəsm əsərlərindən ibarət kolleksiyası var.

Ədliyyə naziri bəyannaməsində 6 mənzil və 1 bağ evi, torpaq sahəsi və 1 fərdi yaşayış evi barədə məlumat verib. Harutyunyanın əmlak varlığı arasında ayrı-ayrılıqda 8 milyon dram dəyərində qiymətli sikkə və rəsm əsərləri kolleksiyası da yer alıb. halbu ki, o vəzifəyə gələndə təqdim etdiyi bəyyanamədə qeyd olunmuşdu. Erməni mətbuatına gedən xəbərə görə, nazirlər bu cür imkanı büdcədən ayrılan pulların hesabına edir. Belə ki, müəyyən məqsədlər üçün ayrılan pullar şəxsi istifadəyə xərclənir. Sonda isə sənədlərin üzərində görülən işlər barədə müəyyən yazılar qeyd olunur.

Digər bir fakt “QeoProMayninqQold” şirkətinin Zod qızıl mədənində qeydə alınıb. Belə ki, Ermənistanın Enerji İnfrastruktur və Təbii Sərvətlər Nazirliyinin dövlət müfəttişliyinin yoxlamaları müəyyən edib ki, mədəndən 500 kq-dək qızıl yoxa çıxıb. Nazirliyin nümayəndəsi Hovhanes Malxasyan bildirib ki, yoxlama zamanı “QeoProMayninqQold” şirkətinin fəaliyyəti ərzində istehsal və emal zamanı nəticəsində 500 kq qızıl əldə etdiyi, ancaq bu sənəd və hesabatlarında öz əksini tapmayıb.

Şirkət iddia edib ki, 500 kq yox, ən çoxu 8 kq qızıl yox ola bilər. Ancaq müfəttişlik də öz hesablamalarını dəqiq apardığını və səhv etmədiyini, aktda əksini tapan miqdarda qızıl sənəd və hesabatlarda qeyd olunmayıb. Qeyd olunub ki, şirkət adı açıqlanmayan nazirin biznesinə daxildir. Sadəcə olaraq zavodu yaxın adamı işlədir.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   büdcə  





Xəbər lenti