Hərbi bazada qəza: 2 ölü, 6 yaralı

Hərbi bazada qəza: 2 ölü, 6 yaralı
  07 Oktyabr 2017    Oxunub:1458
ABŞ-ın Cənubi Karolina ştatında, “Fort Cekson” hərbi bazasının ərazisində ağır yol qəzası baş verib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, idarəetməni itirən avtomobil kütləyə çırpılıb. Nəticədə iki hərbçi ölüb, 6-sı xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.

AzVision.az


Teqlər: ABŞ   qəza  





Xəbər lenti