“Washington post” Azərbaycan diplomatının cavab məktubunu yayımlayıb

“Washington post” Azərbaycan diplomatının cavab məktubunu yayımlayıb
  07 Oktyabr 2017    Oxunub:3188
ABŞ-ın “Washington post” qəzeti Azərbaycanın Vaşinqtondakı Səfirliyinin əməkdaşı İnci Sadıqovanın qəzetin son zamanlar bir neçə qərəzli məqaləsinə cavab məktubunu dərc edib.
Bu barədə AzVision.az-a Birləşmiş Ştatlara Azərbaycandakı səfirliyindən məlumat verilib.

Azərbaycana qarşı xüsusilə son dövrlər tənqidi yazıların yer aldığı qəzetin dərc etdiyi Azərbaycan diplomatının məktubunda Azərbaycan və Gürcüstan rəsmilərinin bəyanatlarını şübhə altına alan heç bir tutarlı dəlilin olmadığı, qəzetin redaksiya heyətinin yazdığı məqalənin fərziyyələrə istinad etdiyi bildirilir.

Bundan əlavə, sözügedən məsələnin post-Sovet məkanında ən güclü starteji və mühüm ittifaq olan Azərbaycan-Gürcüstan tərəfdaşlığına zərbə vurduğu, bunun isə nə Azərbaycan, nə Gürcüstan, nə də ABŞ-ın maraqlarına xidmət etdiyi vurğulanır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti