Erməni hakimlərin korrupsiya faktları: Kim nə qədər alır?

Erməni hakimlərin korrupsiya faktları: Kim nə qədər alır?
  07 Oktyabr 2017    Oxunub:2268
Ermənistanda İnsan Hüquqlarının keçmiş müdafiəçisi Karen Andreasyan məhkəmə sistemində mövcud olan korrupsiya faktları, o cümlədən rüşvətin miqdarını özündə əks etdirən xüsusi siyahını açıqlayıb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, onun açıqlamasına görə, Ermənistanda birinci instansiya məhkəmələrində “xahişlə” məhkəmə hökmünün verilməsinin qiyməti 500-10.000 ABŞ dolları, Apelyasiya məhkəməsində 2.000-15.000 ABŞ dolları, Ali Kassasiya məhkəməsində isə 10.000-50.000 ABŞ dolları arasında təşkil edir. Qiymətlər cinayəti törədən şəxsin əməlindən asılıdır.

Qeyd olunan məbləğ rüşvət ittihamı ilə həbs edilən hakimlərin cinayət işlərində də göstərilib. Belə ki, Şenqavit rayon məhkəməsinin hakimi İşxan Barseqyana qarşı irəli sürülən rəsmi ittihamda 1000 ABŞ dolları rüşvət aldığı bildirilir.

Ararat və Vayots Dzor vilayət məhkəmələrinin hakimi Levon Arazyan 600 ABŞ dolları, Qegarkunik vilayət məhkəməsinin sədri Ağvan Petrosyan və həmin məhkəmənin hakimi Vanik Vardanyan 2.000 ABŞ dolları dəyərində rüşvət almaqda ittiham olunurlar.

Alpər Mövludoğlu
AzVision.az



Teqlər: Ermənistan   hakim   korrupsiya  





Xəbər lenti