Ermənistanın dövlət borcu rekord həddə çatıb

Ermənistanın dövlət borcu rekord həddə çatıb
  07 Oktyabr 2017    Oxunub:1809
Ermənistanın dövlət borcu artmaqda davam edir.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, rəsmi İrəvanın dövlət borcu sentyabr ayı ərzində 48,1 milyon artmaqla 6 milyard 308 milyon dollar təşkil edib.

Bu məbləğin böyük hissəsi - 4 milyard 456,5 dolları Ermənistan hökümətinin xarici borcudur.

Hələlik, Ermənistan hökumətinin ilin sonuna qədər dövlət borcunu daha da artacağını nəzərə alarasaq, prosesin qanunla ÜDM-un 60 faiz qadağasına yaxınlaşdığını görərik, bu da gözlənilən defaultu qaçılmaz edəcək.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   dövlət-borcu  





Xəbər lenti