Ərdoğan İlham Əliyevə zəng edib - Yenilənib

Ərdoğan İlham Əliyevə zəng edib - Yenilənib
  08 Oktyabr 2017    Oxunub:3443
Oktyabrın 7-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin müxtəlif aspektləri barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf edir. Eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğanın oktyabrın sonunda Azərbaycana nəzərdə tutulmuş səfəri və səfərin proqramı ilə bağlı məsələlər müzakirə edilib.

***
(20:06)

Azərbaycan Prezidenti İlham Əliyev ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

AzVision.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilib ki, iki ölkə lideri arasında Azərbaycan-Türkiyə münasibətləri ilə yanaşı regiondakı vəziyyət müzakirə olunub.

Bundan əlavə, Türkiyə prezidentinin Azərbaycana planlaşdırılan səfərinə dair fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Ərdoğan  





Xəbər lenti