Londondakı hadisə terror aktı deyil

Londondakı hadisə terror aktı deyil
  08 Oktyabr 2017    Oxunub:1328
Londonun qərbində 11 nəfərin xəsarət alması ilə nəticələnən hadisə terror aktı deyil, yol-nəqliyyat hadisəsidir.
London polisinin məlumatına görə, istintaq insidenti terror aktı kimi nəzərdən keçirmir. Bu, yol-nəqliyyat hadisəsidir.

Qeyd edək ki, bu gün günorta saatlarında Böyük Britaniya paytaxtının qərbindəki izdihamlı məhəllələrdən birində avtomobil səkiyə çıxıb, informasiya stendini aşırıb və bir neçə piyadaya xəsarət yetirib.

Avtomobilin sürücüsü saxlanılıb. Hazırda müstəntiqlər hadisənin motivlərini müəyyənləşdirirlər.

AzVision.az


Teqlər: London  





Xəbər lenti