Neyt qasırğası ABŞ sahillərinə çatıb

Neyt qasırğası ABŞ sahillərinə çatıb
  08 Oktyabr 2017    Oxunub:1466
Neyt qasırğası şənbə günü axşam ABŞ sahillərinə çatıb.
Qasırğa Missisipi deltası rayonunda quru üzərindən keçir. Ona birinci güclülük kateqoriyası verilib. Küləyin maksimal sürəti saatda 140 kilometrə çatır.

Milli hava xidməti Yeni Orlean (Luiziana ştatı) üçün tropik tufan xəbərdarlığı elan edib. Bir qədər əvvəl həmin meqapolis fırtına xəbərdarlığı almışdı və bu, Luiziana ştatının digər əraziləri, habelə Alabama və Florida üçün qüvvədə qalır. Ştat qubernatorları qasırğa səbəbindən fövqəladə vəziyyət rejimi elan ediblər.

Xatırladaq ki, Neyt tropik qasırğası Mərkəzi Amerikada 22 nəfərin ölümünə səbəb olub.

AzVision.az


Teqlər: ABŞ   Qasırğa  





Xəbər lenti