Bacı-qardaş yol qəzasında ağır yaralandı

Bacı-qardaş yol qəzasında ağır yaralandı
  16 Sentyabr 2013    Oxunub:1202
Bakı-Qazax-Gürcüstan sərhədi yolunda 1 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, dünən saat 18.00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 162,4-cü kilometrində Kürdəmir rayonu ərazisində, 1978-ci il təvəllüdlü Bayramov İslam Yəhya oğlunun idarə etdiyi `Mersedes-benz` markalı avtomobillə 1993-cü il təvəllüdlü Əliyev Elnur Natiq oğlunun idarə etdiyi avtomobil toqquşub.

Nəticədə sonuncu avtomobildə olmuş sərnişin 1986- cı il təvəllüdlü Kərəmov Emin Əkbər oğlu aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Həmin avtomobildə olan digər sərnişinlər 1984-cü il təvəllüdlü İsayev Səbuhi Səlahəddin oğlu, 1987-ci il təvəllüdlü Bayramova Nazib Şair qızı, 2004-cü il təvəllüdlü Bayramov Turan Səbuhi oğlu, 1964-cü il təvəllüdlü Hüseynova Kəklik Məcid qızı, 1999-cu il təvəllüdlü Bayramov Ramazan Şair oğlu və sürücü Əliyev Elnur Natiq oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.




Teqlər:  





Xəbər lenti