Türkiyə və ABŞ qarşılıqlı viza verilməsini dayandırdı

Türkiyə və ABŞ qarşılıqlı viza verilməsini dayandırdı
  09 Oktyabr 2017    Oxunub:2403
Türkiyə və ABŞ arasında qeyri-immiqrasiya vizalarının qarşılıqlı verilməsi prosesi tam dayanıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında diplomatik qalmaqal ötən həftə Türkiyədə ABŞ konsulluğunun əməkdaşı Metin Topuzun saxlanılmasından sonra baş verib. Rəsmi Ankara onu ötən il Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin təşkilində ittiham olunan Fətullah Gülənlə əlaqədə şübhəli bilir. Lakin rəsmi Vaşinqton ittihamları qəbul etməyib.

Diplomatik qalmaqalbirjaya dərhal öz təsirini göstərib və Türkiyə lirəsinin ucuzlaşmasına səbəb olub. Milli valyuta bir gündə dollara və avroya nisbətdə 3 faiz dəyər itirib.

Qeyd edək ki, qeyri-immiqrasiya vizaları turistlərə, həmçinin ölkəyə müalicəyə, biznes səfərlərinə, müvəqqəti işləməyə və ya təhsil almağa gələn xarici ölkə vətəndaşlarına verilir.

AzVision.az




Teqlər: Türkiyə   ABŞ  





Xəbər lenti