Ermənistanda vəzifəli şəxs jurnalisti döyüb

Ermənistanda vəzifəli şəxs jurnalisti döyüb
  09 Oktyabr 2017    Oxunub:1600
Ermənistanda jurnalistlərin döyülməsinə dair daha bir fakt qeydə alınıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Vayots Dzor vilayətinin Karaqlux icmasının rəhbəri Artur Stepanyan və Şadin icmasının tibb mərkəzinin direktoru Zoya Martirosyan Armday.am saytının əməkdaşı Paylak Fahradyana qarşı zor tətbiq edib. Hadisə Şatin icmasının tibb mərkəzində baş verib.

Məlumata görə, tibb mərkəzinin direktoru ilə müsahibəsində jurnalistin ölüm sənədlərinə və pulsuz dərmanlar üçün pul tələb edilməsinə toxunması direktoru qıcıqlandırıb. Nəticədə jurnalistin kamerasını əlindən alıb, onu döyüblər. Daha sonra onu bağlı yerdə saxlayıblar.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti