“Çətin günlərimizdə bizə İlham Əliyev dayaq olub” - Lukaşenko (VİDEO)

“Çətin günlərimizdə bizə İlham Əliyev dayaq olub” - Lukaşenko (VİDEO)
  09 Oktyabr 2017    Oxunub:10475
“Minskdə Azərbaycanla bağlı heç bir narazılıq yoxdur. Biz Azərbaycan xalqına çox böyük hörmətlə yanaşırıq”.
AzVision.az “Belta” agentliyinə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsində səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşündə deyib.

“Mən çox yaxşı xatırlayıram ki, Belarus xalqının çətin günlərində Azərbaycan prezidenti bizə hər zaman dayaq olub. Biz bunları yaxşı xatırlayırıq. Əgər Azərbaycan üçün edə biləcəyimiz bir şey varsa, biz bunu edəcəyik ki, sizin xalqınız təhlükəsiz şəraitdə yaşasın və ölkəniz inkişaf etsin”.

Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevlə dostluq əlaqələrinin olduğunu və tez bir zamanda onunla görüşə ümid etdiyini söyləyib: “Hesab edirəm ki, yaxın gələcəkdə bizim görüşmək imkanımız olacaq və müxtəlif mövzuları müzakirə edəcəyik”.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Azərbaycan   Belarus   Lukaşenko   İlham-Əliyev  





Xəbər lenti