Zakir Həsənov Lukaşenko ilə hərbi əməkdaşlığı müzakirə etdi

Zakir Həsənov Lukaşenko ilə hərbi əməkdaşlığı müzakirə etdi
  09 Oktyabr 2017    Oxunub:1903
Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşüb.

AzVision.az “Belta” agentliyinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında mövcud olan hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub.
“Belarusla Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi heç bir beynəlxalq razılaşmanı, BMT TŞ-nin heç bir qətnaməsini pozmur. Biz suveren, müstəqil ölkələrik və zamanın tələbinə, təklifinə uyğun əməkdaşlıq istiqamətlərini müəyyən etmək hüququna malikik” - Lukaşenko görüşdə bildirib.

Öz növbəsində, müdafiə naziri Zakir Həsənov gərgin iş qarfikinə baxmayaraq, onları qəbul edən Lukaşenoya təşəkkür edib. Prezident İlham Əliyevin Lukaşenkoya salamlarını çatdıran Zakir Həsənov bildirib ki, Azərbaycanda Belarusu sevirlər və bu ölkəyə xüsusi hörmətlə yanaşırlar:

“Bizim bütün sahələrdə çox sıx əməkdaşlığımız mövcuddur. Siz düz qeyd etdiniz ki, bizim bir-birimizdən öyrənəcəyimiz çox şey var. Hərbi-texniki sahədə çox uğurlu layihələr və əməkdaşlıq mövcuddur. Bütün bunlar beynəlxalq qanunlara uyğun olaraq həyata keçirilir. Tam məsuliyyətlə bəyan edirəm ki, hərbi-texniki əməkdaşlıq çərçivəsində əldə etdiyimiz avadanlıqlar yüksək keyfiyyətə malikdir və onlar Azərbaycan Silahlı Qüvvələrində uğurla istifadə olunur. Bu bizə imkan verir ki, bu sahədə əməkdaşlığı davam və inkişaf etdirək”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Azərbaycan   Belarus   Lukaşenko   İlham-Əliyev  





Xəbər lenti