Məzahir Pənahov ittihamlara cavab verdi

Məzahir Pənahov ittihamlara cavab verdi
  16 Sentyabr 2013    Oxunub:907
Azərbaycanda prezident seçkilərində iştirak üçün 5 milyondan artıq vətəndaşın adı seçki siyahısında var.
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirtdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 5273 daimi, 219 müvəqqəti seçki məntəqəsi yaradılıb. Müvəqqəti məntəqələr 5 günlük fəaliyyət göstərəcək.

“Seçicilərin sayı 5 milyondan çoxdur. Artıq seçici siyahıları da hazırdır. Seçici siyahısına düşmək üçün 4-5 min müraciət daxil olub. Azərbaycan yeganə ölkələrdəndir ki, seçicinin siyahıya düşməsi seçicinin yox, dövlət orqanlarının vəzifəsi sayılır. Bizim ölkədə seçicinin seçkidə iştirakının qarşısını almaq prinsipcə mümkün deyil. Yəni seçici siyahısı ilə bağlı ittihamlar həqiqəti əks etdirmir”.

Sevinc



Teqlər:  





Xəbər lenti