Putin MDB ölkələrinin rəhbərləri ilə görüşəcək

Putin MDB ölkələrinin rəhbərləri ilə görüşəcək
  10 Oktyabr 2017    Oxunub:1385
Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.
AzVision.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, görüşlər oktyabrın 11-də Soçidə MDB ölkələri rəhbərlərinin Şurası və Avrasiya İqtisadi Ali Şurası çərçivəsində baş tutacaq.

Uşakov qeyd edib ki, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri MDB ölkələri rəhbərlərinin Şurasında iştirak edəcəklərini təsdiqləyiblər.

AzVision.az



Teqlər: Rusiya   MBD   Putin  





Xəbər lenti