GUAM ölkələri arasında azad iqtisadi zona yaradılacaq

GUAM ölkələri arasında azad iqtisadi zona yaradılacaq
  10 Oktyabr 2017    Oxunub:1673
GUAM ölkələri arasında azad iqtisadi zona yaradılacaq.
AzVision.az AzərTac-a istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze bildirib.

Nazir deyib: “Ötən 20 il ərzində GUAM ölkələri siyasi və iqtisadi əməkdaşlıq sahəsində müəyyən problemlər, çətinliklərlə üzləşiblər. Buna baxmayaraq, üzv ölkələr GUAM-ı etibarlı təşkilat kimi formalaşdırmağı bacardılar. İnanıram ki, GUAM daha güclü təşkilata çevrilə biləcək”.

Mixeil Canelidze GUAM ölkələri arasında azad iqtisadi zonasının yaradılması istiqamətində bu ilin sonunadək müəyyən irəliləyişlər olacağını gözlədiklərini qeyd edib.

AzVision.az


Teqlər: GUAM  





Xəbər lenti