Ermənistan "İskəndər" raketlərini göstərməkdən imtina edir

Ermənistan "İskəndər" raketlərini göstərməkdən imtina edir
  10 Oktyabr 2017    Oxunub:2626
Bu gün Ermənistanda KTMT birləşmiş qrupları və Ermənistan-Rusiya qruplaşmasının birgə "Qarşılıqlı təsir 2017" adlı təlimləri başlayıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, KTMT-nin erməni baş katibi Yuri Xaçaturov təlimlərin Rusiyanın cənub hərb dairəsinin rəhbərliyi altında keçirildiyini bildirib.

Təlimlərdə "İskəndər" raketlərinin tətbiqi məsələsinə toxunan Xaçaturov hər şeyin kağız üzərində planlaşdırıldığını etiraf edib.

O, raketlərin praktiki olaraq tətbiq edilməsi üçün Ermənistan ərazisinin kiçik olduğunu bəhanə gətirib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   KTMT  





Xəbər lenti