10 nəfər meşədə yanaraq ölüb

10 nəfər meşədə yanaraq ölüb
  10 Oktyabr 2017    Oxunub:1044
ABŞ-ın Kaliforniya ştatında baş verən meşə yanğınları on nəfərin ölümünə səbəb olub.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Kaliforniyada meşə yanğınlarına görə 20 mindən çox adam təxliyə edilib.

Təbii fəlakət bu ştatın səkkiz dairəsini bürüyüb. Yanğınlar nəticəsində 1,5 mindən çox ev və müxtəlif bina məhv olub. İtkin düşənlər var. Ştatın qubernatoru Cerri Braun Napa, Sonoma, Yuba, Mendosino, Nevada, Orinc, Byutt və Leyk dairələrində fövqəladə vəziyyət elan edib.

AzVision.az


Teqlər: Kaliforniya  





Xəbər lenti