Prezidentin izlədiyi oyunda tarixi rekord

Prezidentin izlədiyi oyunda tarixi rekord
  10 Oktyabr 2017    Oxunub:1730
İslandiya prezidenti Qudni Yohansson 2018-ci il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində İslandiya – Kosovo (2:0) oyununu stadionda izləyib.
AzVision.az xəbər verir ki, qələbə qazanan islandlar tarixlərində ilk dəfə Dünya Çempionatının final mərhələsinə vəsiqə qazanıblar.

Prezident VİP lojada deyil, adi azarkeşlərlə birgə matçı izləyib. İslandiya final mərhələsinə çıxmaqla rekorda imza atıb. İslandiya əhalisinin sayına görə, Dünya Çempionatına vəsiqə qazanan ən kiçik ölkədir.

Qeyd edək ki, Yohansson 2016-cı ildə keçirilən prezident seçkilərinə müstəqil namizəd kimi qatılıb və bu ölkənin prezidenti seçilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İslandiya  





Xəbər lenti