“Deyəcəksiniz ki, Məzahir müəllimin başı çıxmır”

“Deyəcəksiniz ki, Məzahir müəllimin başı çıxmır”
  16 Sentyabr 2013    Oxunub:1012
Seçki məcəlləsində sosial şəbəkələrlə bağlı hansısa bir bənd yoxdur.
AzVision.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. O, bildirib ki, sosial şəbəkələrə nəzarət etmək mümkün deyil: “Mən desəm ki, sosial şəbəkələrə nəzarət ediləcək, deyəcəksiniz ki, Məzahir müəllimin başı çıxmır. Amma siz də bilirsiniz ki, nəinki MSK işçiləri, heç 18 milyon insan da cəlb olunsa, bu prosesə nəzarət edilə bilməz. Sadəcə namizədlər etik qaydalara riayət etməlidirlər”.

“Artıq Azərbaycanda qarşıdan prezident seçkilərində hərəkət qabiliyyətində problemi olan vətəndaşlara seçkilərdə iştirak etmək üçün şərait yaradıldığını deyən Məzahir Pənahovun sözlərinə görə, artıq 1113 yaxın məntəqədə əlil arabasında gələn vətəndaşlar məntəqəyə daxil olarkən pilləkənlər üzərində pantuslar qoyulub.

“İndi bu proses başa çatmaq üzrədir və seçkilərdə əlillər də seçki məntəqələrinə gəlib səs verə biləcəklər. Azərbaycanda səs vermə hüququ olan heç bir seçici kənarda qalmayacaq”, -deyə MSK sədri bildirib.

M.Pənahov həmçinin vurğulayıb ki, seçki məntəqələrinin 20 faizində veb- kamera qurlaşdırılması işi başa çatdırılıb.

Sevinc



Teqlər:  





Xəbər lenti